Sam Ellardays Cenk Tosun haqda danışdı

Qış tarnsfer pəncərəsində “Beşiktaş”dan İngiltərənin “Everton” klubuna transfer olan türkiyəli futbolçu Cenk Tosun burada göstədiyi oyunla diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, Premyer Liqanın 31-ci turu çərçivəsində səfərdə  Cenk Tosunun vurduğu qollarla “Stok Siti”ni 1-2 məğlub edən “xalq klubu”nun baş məşqçisi Sam Ellardays matçdan sonra açıqlaması zamanı futbolçu haqda fikirlərini bildirib:

“O, yad bir ölkədən buraya gəlməsinə baxmayaraq, komandaya və kollektivə çox tez öyrəşdi. Hər kəsdən daha çox çalışır və məşqlərini davam etdirir. İlk 11-likdə ona şans vediyimizdən bu yana, meydanda çəkdiyi əziyyətin qarşılığını görməyə başlayıb. Ötən matçda olduğu kimi, bu dəfə də qalibiyyətimizin əsas memarı Cenk Tosundur”.

Qeyd edək ki, Cenk çıxdığı son 3  Premyer Liqa matçında 4 dəfə fərqlənməyi bacarıb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right