"50 il Fənərbaxça”nı məğlub edə bilməyək, lakin çempion olaq” Fatih Terim

Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində iki əzəli rəqib, “Fənərbaxça” və “Qalatasaray” münasibətlərinə aydınlıq gətiriblər. (0-0)

Newsport.az xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran “Qalatasaray”ın baş məşqçisi Fatih Terim səfərdə “Fənərbaxça” ilə oynamağın asan olmadığını və azarkeşlərini sevindirmək üçün əllərindən gələni etdiklərini bildirib:

“Qələbə qazanmaq üçün hər şey etdik. Top qapıdan keçmirsə, edə biləcəyimiz başqa bir şey yoxdur. Səfərdə “Fənərbaxça” ilə oynamaq çox çətindir, lakin biz azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələn hər şeydi etməyə çalışdıq. Mən statistikaya önəm vermirəm. Biz, 50 il Fənərbaxça”nı məğlub edə bilməyək, lakin çempion olaq”.

Qeyd edək ki, “Qalatasaray” artıq, 22 oyundur ki, rəqibinə səfərdə qalib gələ bilmir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right