Azərbaycan klubu ÇL-də növbəti xalını qazandı

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar - 1:1.

Xatırladaq ki, “Traktorsazi” ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli”yə 0:1, ikinci turda isə səfərdə Qətərin “Əl-Qarafa” klubuna uduzmuşdu - 0:3. Təbriz klubu ilk xalını ötən tur məhz “Əl-Cəzirə” ilə səfər oyununda qazanmışdı - 0:0.

A qrupunda yer alan “Traktorsazi” hazırda 2 xalla sonuncudu. Təbriz təmsilçisi növbəti matçını aprelin 3-də səfərdə “Əl-Əhli”yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right