Qurban Qurbanovun diqqətində olan futbolçu Rusiya yığmasına dəvət aldı

Rusiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Makedoniya və Cəbəllütariq seçmələri ilə oyunlar üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, millinin baş məşqçisi Yevgeni Buşmanov heyətə 23 futbolçu çağırıb. Onun dəvət göndərdiyi oyunçular arasında “Rostov” klubunun əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də var.

Rusiya martın 23-də Makedoniya, 27-də isə Cəbəllütariq yığması ilə qarşılaşacaq. Ruslar hər iki matçı səfərdə keçirəcəklər.

Əlavə edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov Ayazı diqqət mərkəzində saxladıqlarını açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right