Oyun vaxtı "Real"ın futbolçusu tualetə qaçdı

La Liqanın son turunda “Eybar” - “Real Madrid” matçı maraqlı hadisə ilə əlamətdar olub.

Newsport.az xəbər verir ki, oyunun 73-cü dəqiqəsində "Real"ın kapitanı Serxio Ramos baş hakimə yaxınlaşıb nəsə deyib və sonra tribunanın altında yerləşən otağa qaçıb. 5 dəqiqə sonra isə o, meydana geri dönüb.

Qeyd edək ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Zinəddin Zidan Ramosun hərəkətinə aydınlıq gətirib. O, bildirib ki, “Ramosun qarnı ağrıyırdı. Təcili tualetə getməli idi”.

Görüş, “Real”ın 1-2 hesablı qələbəsi ilə başa çatıb.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right