Millimizin forvardı “Beşiktaş”a qarşı oynamadı

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə son çempion “Beşiktaş”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Dəniz bu oyunun iştirakçısı olmayıb. O, qarşılaşmanın sonunadək ehtiyatda qalıb.

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 26 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right