DÇ-2022-dən uzaqlaşdırılacaq?

İngiltərə Rusiyada keçiriləcək DÇ-2018-i boykot edə bilər. 

Newsport.az-ın məlumatına görə, İngiltərə bu il baş tutacaq mundialı boykot etsə, DÇ-2022-dən də uzaqlaşdırılacaq.

Bu barədə məlumatı “The Telegraph” yayıb. Nəşr FİFA-nın qaydalarını əsas gətirərək, belə qənaətə gəlib.

FİFA-nın reqlamentində deyilir ki, komandalar dünya çempionatında mübarizəni dayandırana qədər bütün oyunlarda iştirak etməyə borcludurlar.

Keçmiş kəşfiyyatçı Sergey Skripalın və qızının İngiltərdə zəhərlənməsindən sonra bu ölkənin xarici işlər naziri Boris Conson bildirib ki, DÇ-2018 boykot olunmalıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right