Ufuk Budak yenidən millimizdə

Türkiyə I Liqasında çıxış edən “Samsunspor” klubunda çıxış edən Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə müdafiəçinin millimizin Belarus və Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı qeyd edilib.

28 yaşlı futbolçu martın 18-də, “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq. 

2011-ci ildən millimizin üzvü olan Ufuk, 17 görüşdə yığmamızın şərəfini qoruyub. O, sonuncu dəfə 2016-cı il mayın 26-da keçirilmiş Andorra ilə yoxlama oyununda (0:0) millimizin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right