Patrik Klyuvertin oğlu milliyə dəvət aldı

Hollandiya millisinin heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yığmanın yeni baş məşqçisi Ronald Kuman 33 futbolçuya dəvət göndərib. Onların arasında Hollandiya millisinin sabiq futbolçusu Patrik Klyuvertin oğlu Castin Klyuvertin də adı var. 18 yaşlı yarımmüdafiəçi ilk dəfə ölkənin əsas millisinə dəvət alıb.

Qeyd edək ki, Castin martın 23-də İngiltərə və ya 26-da Portuqaliya ilə yoldaşlıq oyunlarından birində meydana çıxsa, yığmadakı debütünü atası kimi 18 yaşında gerçəkləşdirə bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right