İsrafilov oynamadı, komandası uduzdu

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Kordoba” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.

“Alkorkon" geridə qalan turlarda 34 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right