Emin oynamadı, komandası kubokda mübarizəni dayandırdı

Futbol üzrə İsveç Kubokunda qrup mərhələsinin oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da qrup mərhələsindəki son matçına çıxıb. Futbolçumuzun komandası “Ostersund”la qarşılaşıb. Səfərdə baş tutan görüş “Kalmar”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Emin bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, 3 oyuna 4 xal toplayan “Kalmar” qrupda ikinci yeri tutduğu üçün mübarizəni dayandırmalı olub. Bu qrupdan növbəti mərhələyə yeganə vəsiqəni maksimum nəticəyə imza atan “Ostersund” qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right