"Galatasaray"yı FİFA-ya şikayət edəcəklər

Tərəflər Qarri Rodrigez bölüşə bilmirlər.

Newsport.az xəbər verir ki, ötən il Yunanıstanın PAOK klubundan Qarri Rodrigezi heyətinə qatan İstanbul təmsilçisi bu transferin ilkin məbləğini ödəsə də, geri qalan borcunu ödəməyib.  Yunanıstan mətbuatının iddiasına görə, bunu bəhanə gətirən PAOK-un idarə heyəti FİFA-ya müraciət etməyi düşünür. Sarı-qırmızılar borcunu ödəməyəcəyi təqdirdə kluba qarşı iş başlatıla bilər.

Qeyd edək ki, 27 yaşlı futbolçu, 2017-ci ildə, 3,7 milyon avro qarşılığında “Galatasaray”a transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right