"Atletiko"nun ulduzu Çin klubuna keçir

“Atletiko”nun yarımmüdafiəçisi Yannik-Ferreyra Karrasko karyerasını Çində davam etdirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Belçika millisinin üzvünün xidmətində “Dalian Yifanq” klubu maraqlıdır. Çinlilər 24 yaşlı futbolçunun keçidi üçün 30 milyon avro ödəməyə hazırdır.

Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin Karraskonun adını Avropa Liqasının 1/16 final mərhələsinin “Kopenhagen”lə cavab oyununun iştirak ərizəsinə daxil etməməsi bu iddiaları bir az da gücləndirib. Karraskonun menecerlərinin Çin klubuyla danışıqlar apardığı, transferin yaxın günlərdə reallaşacağı gözlənilir.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2015-ci ildə "Monako"dan "Atletiko"ya transfer olunub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right