FİFA qış "transfer pəncərəsi"ni ləğv edə bilər

FİFA prezidenti Canni İnfantino futbolun transfer sistemində qlobal dəyişikliklər etmək niyyətindədir. Onun bununla bağlı 11 bənddən ibarət planı fevralın 28-də FİFA şurasında müzakirəyə çıxarılacaq.

İnfantinonun təklifləri sırasında qış "tranfer pəncərəsi"nin ləğvi, icarəyə verilən futbolçuların sayına məhdudiyyət qoyulması və oyunçular üçün maksimum əməkhaqqının müəyyənləşdirilməsi də yer alıb.  

Qurumun prezidenti transfer əməliyyatlarının dövriyyəsinin durmadan artmasının futbol üçün təhlükəyə çevrilməsindən narahatdır. 

Qeyd edək ki, dünya klubları geridə qalan qış transfer dönəmində futbolçu keçidlərinə 1,28 milyar dollar pul xərcləyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right