Azarkeşlər meydana tennis topu atdılar

Almaniya Bundesliqasının 23-cü turunda “Ayntraxt” – “Leypsiq” oyununda gözlənilməz hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, matçın gedişində fanatlar meydana tennis topu atıblar. Hakim oyuna fasilə verməli olub.

Nəşrin məlumatına görə, bununla azarkeşlər oyunun bazar ertəsi günü keçirilməsinə etiraz ediblər.

Qeyd edək ki, cümə axşamı Avroliqanın 1/16 mərhələsinin oyunları çərçivəsində “Leypsiq” səfər “Napoli” ilə qarşılaşmışdı. Bu səbəbdən Frankfurt  təmsilçisi ilə görüş bazar ertəsi keçirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right