Nəsirovsuz “Sportinq” yenə xal itirdi

Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda) 25-ci turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Jil Visente” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.


Nəsirov bu matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.


"Sportinq" hazırda 30 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right