Türkiyə kuboku: Daha 2 yarımfinalçı müəyyənləşdi

Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

"Akhisar Genclik Spor" səfərdə "Kayserispor"la üz-üzə gəlib. 2 dəfə hesabda önə keçən qonaqlar sonda qələbəni əldən versələr də, mərhələ adlayıblar. 

"Girəsunspor"u qəbul edən "Fənərbaxça" qapısında erkən qol görsə də, ilk matçda olduğu kimi, yenə də 2:1 hesablı qələbəyə sevinib. Bununla da "Fənərbaxça" növbəti mərhələdə "Beşiktaş"a rəqib olub.

Qeyd edək ki, sonuncu yarımfinalçı sabah müəyyənləşəcək.

Türkiyə kuboku

1/4 final, cavab oyunları

7 fevral

“Kayserispor” - “Akhisar Genclik Spor” 2:2
Qollar: 
Aydoğdu, 25 (0:1), Kravets, 36 (1:1). Ataseven, 69 (1:2), Qyan, 90+2-pen (2:2)
İlk oyun - 0:1

“Fənərbaxça” - “Girəsunspor” 2:1
Qollar: 
Dialiba, 13 (0:1). Karakoç, 18 (1:1), Chahechouhe, 37 (2:1)
İlk oyun - 2:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right