Millimizin üzvü "Beşiktaş"a qarşı oynamayacaq

“Gənclərbirliyi”nin formasını geyinən, millimizin üzvü Dəniz Yılmaz bu gün “Beşiktaş”la kubok matçında komandasına kömək edə bilməyəcək.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu zədəli olduğu üçün, ölkə kubokunun 1/4 final mərhələsinin bu gün keçiriləcək cavab oyununda meydana çıxa bilməyəcək. Komandalar arasında oyun,  bu gün saat 21:30-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun “Beşiktaş”ın 3:1 hesablı qələbəsi ilə nəticələnmiş, “Gənclər”in yeganə qoluna isə Dəniz imza atmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right