Vaqif Cavadov: "Qurban Qurbanovun rəhbərliyi altında hər kəsə qapılar açıq olacaq" Müsahibə

"Hər iki komanda da yorğunluq hiss olunurdu. Ancaq buna baxmayaraq, qol imkanlarımız çox oldu. Məncə, çox maraqlı oyun keçdi. Əsas odur ki, zədələrimiz olmadı. İnşallah ayın 11-də ilk oyunumuzu yaxşı nəticələrlə başa vurarıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Keşlə" klubunun yeni transferi Vaqif Cavadov Rusiyanın "Yenisey" komandasına qarşı matçdan sonra, (1-1) Antalyaya ezam olunmuş əməkdaşımızın suallarını cavablandırarkən bildirib:

- Türkiyə yoxlanışı çərçivəsində 3 oyun oynadınız. 1 qələbə, bir heç-heçə bir məğlubiyyət. Ümumiyyətlə, toplanışı necə dəyərləndirirsiniz?

- Mən inanmıram ki, hansısa məşqçi üçün nəticə önəmlidir. Əlbəttə, qələbə qazanmaq yaxşı olardı. Lakin önəmli olan nəticə deyil. Baş məşqçi yeni oyunçuları baxışdan keçirdi. Ümumi olaraq isə, gün ərzində iki gün məşq edirik. Yorğunçuluq var, lakin əsas məqsədimiz ilk çempionat oyununda qələbə qazanmaqdır. Düşünürəm, uğurlu start etsək, elə də davam edəcək.

- Səncə, start heyət mübarizəsi sənin üçün çətin olmayacaq.

- Yox,  heç bir çətinlik olmayacaq. Bu baş məşqçinin şəxsi fikiridir. Mən də hörmətlə yanaşıram. Kim güclü olacaq, o da oynayacaq.

6 ay klubsuz qaldın. Bu formavı bərba etməkdə sənə çətinlik törətmədi?

- Yox, çətinlik törətmədi. Hal-hazırda 80 faiz oynamağa hazıram.

- Milli komandanın sonuncu oyununa baxmısan? Fikirlərini bilmək istərdik.

- Qurban müəllim yeni gəlib. Komanda yenidən formalaşır. Onun üçün də indidən nəsə demək doğru çıxmaz. Sadəcə, yenə deyirəm ki, dəstək olmaq lazımdır.

- Vaxtıyla milli komanda da çıxış etmisən. Hal-hazırda yığmada özüvü görürsənmi?

- Allahın köməkliyi ilə hazıram. Qurban Qurbanovun rəhbərliyi altında hər kəsə qapılar açıq olacaq, həmçinin də mənə.

Mərdan Həsənov (Antalya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right