Samuel Etonun yeni klubu açıqlanıb

Samuel Etonun yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, "Antalyaspor"la yollarını ayıran 36 yaşlı futbolçu, karyerasını Super Liqanın digər təmsilçisi "Konyaspor"da davam etdirəcək. Bu haqda məlumatı "Konyaspor"un rəsmi saytı yayıb. Eto ilə 2,5 illik müqavilə imzalayan konyalılar razılaşmanın digər detalları haqda məlumat verməyiblər.

Qeyd edək ki, Eto 2015-ci ildən "Antalyaspor"un şərəfini qoruyurdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right