"Sumqayıt" Türkiyədə ilk məşqinə çıxdı

"Sumqayıt” bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun kollektivi səhər 11:00-da qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələr və müxtəlif tapşırıqlar üzərində çalışıb. "Kimyaçılar"ın növbəti axşam məşqi isə saat 17:30-da olacaq.

Qeyd edək ki, Antalyada 4 yoxlama oyunu keçirəcək. Komanda ilk sınaq matçını yanvarın 25-də Polşanın "Poqon" klubuna qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right