Arda Turan vətəninə dönüşünü qolla qeyd etdi

Bu gün Türkiyə superliqasının 18-ci turunun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, "Başakşehir" səfərdə "Bursaspor"un qonağı olub və 0-3 hesabı ilə qalib qəlib. Eyni zamanda bu qarşılaşma, qonaqların yeni transferi Arda Turanın yeni klubunda ilk qolunu vurması ilə də əlamətdar olub. Yarımmüdafiəçi 65-ci dəqiqədə meydana daxil olub və 86-cı dəqiqədə komandasının 3-cü qoluna imza atıb.

"Bursaspor" 0-3 "Başakşehir"

Qollar: Attamah 17, Mossoro 58, Arda Turan 86

 
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Başakşehir" liderliyini daha da möhkəmləndirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right