"Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  Polşanın “Lexiya” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra, görüş haqda fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, görüşdən sonra təcrübəli mütəxəssis bildirib ki, “Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi. Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər. Toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım”.

Qeyd edək ki, matç 1-1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right