Dino Ndlovu rəsmən Çin klubunda

“Qarabağ”dan ayrılan Dino Ndlovu yeni komandası - Çinin birinci dəstə təmsilçisi “Xançjou Qrintaun”un düşərgəsinə qoşulub.

Newsport.az-ın məlumatına görə, bu barədə 27 yaşlı hücumçu özü sosial şəbəkədə şəkil paylaşıb. Tibbi baxışdan uğurla keçən D.Ndlovu 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın bu transferdən 675 min funt-sterlinq qazandığı iddia olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right