Erməni məşqçi ömürlük cəzalandırıldı

Özbəkistan millisinin sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib. Erməni əsilli özbəkistanlı məşqçi “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər etməkdə günahlandırılıb. Babayan həmçinin, oyunçu seçərkən daim tanış futbolçulara üstünlük verib, üstəlik, təcrübəli məşqçilərin, ekspertlərin fikirlərini nəzərə almayıb.

Bəyanatda o da qeyd olunur ki, sabiq baş məşqçi yığmaya oyunçu seçərkən onların səviyyəsinə fikir verməməklə ilk növbədə öz kommersiya maraqlarını güdürmüş.

Qeyd edək ki, Babayan ötən ilin sentyabr ayında DÇ-2018-ə vəsiqə qazanmadıqları üçün istefaya göndərilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right