Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol

Portuqaliya II liqasının B divizionunda 16-cı turun oyunları keçirilib. 
 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Valeh Seyidovun çıxış etdiyi “Louletano” səfərdə “Montijo” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yükunlaşıb.

V.Seyidov matçın 69-cu dəqiqəsində, komandası hesabda 0:2 hesabı ilə geridə olan zaman meydana daxil olub. 21 yaşlı hücumçu komandasının təsəlli qolunu vurmağı bacarıb. 

Qeyd edək ki, bu, Valeh Seyidovun Portuqaliya klubunda 2-ci qoludur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right