"Bəlkə də pis insan deyil, ancaq gördüyüm ən oyuncaq adamlardan biridir” Zlatan İbrahimoviç

Zlatan İbrahimoviç bu dəfə də maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, isveçli futbolçu İtaliya mətbuatına verdiyi müsahibəsində, “Barselona”da çıxış etdiyi zaman Pep Qvardiola ilə arasında yaşanan problemlərdən danışıb.

O, bildirib ki, “ilk 6 ay hər şey qaydasında gedirdi. Daha sonra isə Pep sistemi və taktikanı dəyişdi. Bundan sonra işlər mənim üçün yaxşı getmədi. Onun yanına gedib dedim ki, tək bir oyunçu üçün bir neçə futbolçunu qurban verdiyini düşünürəm. O, isə cavab olaraq, narahat olmağa əsas yoxdur, hər şeyi qaydasına qoyacağam dedi. Lakin vaxt keçdikcə əsas heyətdə yer almırdım. Bir neçə oyun belə davam etdi. Sonra isə üzümə belə baxmırdı. Mən otağa girdikdə o, çıxırdı. Çox müəmmalı hallar yaşanırdı. Bütün olanları anlaya bilmirdim. Bəlkə də pis insan deyil, ancaq gördüyüm ən oyuncaq adamlardan biridir”. Xatırladaq ki, Zlatan  “Barselona”ya 2009-cu ildə 60 milyon avroya transfer olmuşdur.

Qeyd edək ki, 36 yaşlı hücumçu 2016-cı ildən “Mançhester Yunayted” klubunun şərəfini qruyur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right