AÇ-2020 hansı şəhərdə keçiriləcək?

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının açılış matçı üçün namizəd şəhərlərn açıqlanıb.

Newsport.az xəbər verir ki, Amsterdam (Hollandiya), Brüssel (Belçika), Qlazqo (Şotlandiya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərləri açılış oyunu üçün namizəddirlər. Açılış qarşılaşmasına ev sahibliyi edəcək şəhərin adına dekabrın 7-si aydınlıq gələcək.

Qeyd edək ki, AÇ-2020 12 iyun – 12 iyul tarixlərində reallaşacaq. Avropa çempionatı ilk dəfə qitənin 13 şəhərində keçiriləcək.Turnirin 4 oyunu (üç qrup, bir 1/4 final) Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.

Əlavə edək ki, Bakı açılış matçı üçün namizədliyini irəli sürməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right