Acı təsadüf Robinyonu "Yeni Conson" etdi

Hazırda Böyük Britaniyada həbsxanada cəzasını çəkən keçmiş futbolçu Adam Conson 2010-cu ildə "Mançester Siti"yə transfer olunanda azarkeşlərin rahat olmasını və heyətə düşmək üçün mübarizə aparacağını demişdi.

 

Newsport.az xəbər verir ki, İngiltərə millisinin üzvü həmin il komandadan ayrılan braziliyalı vinger Robinyonun əvəzinə heyətə cəlb edilmişdi. Conson açıqlamasında "Yeni Robinyo" olmayacam" demişdi.

 

Ancaq acı təsadüf Robinyonu "Yeni Conson" etdi. Belə ki, İngiltərə millisinin sabiq futbolçusu 15 yaşlı qızla cinsi əlaqədə olduğu üçün ötən il 6 illik həbs cəzasına məruz qalmışdı. İndi isə eyni aqibəti Robinyo yaşamaq üzrədir. İtaliya məhkəməsi Robinyonun 2013-cü ildə "Milan"da oynadığı dönəmdə 6 nəfərlə birgə 22 yaşlı alban qıza təcavüz etdiyi üçün braziliyalı oyunçunun 9 il azadlıqdan həbs olunması barədə qərar qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right