Arsen Venger:"2 illik müqaviləm var və buradan ayrılmayacam"

"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq Aleksis Sançes və Mesut Özil barədə açıqlama verib.

Newsport.az xəbər verir ki, mütəxəssis aparıcı üzvlərlə bağlı qərarın verilmədiyini deyib: "Mesut və Aleksis üçün qərar qəbul etməmişik. Dekabr ayında hər iki oyunçu ilə bağlı yekun qərar qəbul edəcəyik".

Venger öz gələcəyi haqda da danışıb. O, 2 il də "Arsenal"da çalışacağını deyib: "Hər mövsümün sonunda klubla görüşüb, gələcəyi müzakirə edirik. İnkişafımız üçün qərarlar qəbul edirik. 2 illik müqaviləm var və buradan ayrılmayacam. Sözləşməmin sonuna kimi "Arsenal"dayam".

Qeyd edək ki, fransız mütəxəssis 1996-cı ildən "topçular"ın "sükanı arxası"ndadır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right