"Mançester Yunayted" tarixinin ən bahalı transferini gerçəkləşdirməyə hazırlaşır

"Mançester Yunayted" tarixinin rekord transferini həyata keçirməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan məlumatlara görə "Qırmızı şeytanlar" "Real"ın ispaniyalı hücumçusu Marko Asensiyonun transferi üçün Madrid klubuna 177 milyon funt sterlinq təklif edəcək. "Mançhester Yunayted"in baş məşqçisi Jose Mauriniyonun 21 yaşlı futbolçunu artıq razı saldığı deyilir.

Asensiyo İngiltərə klubu ilə 5 illik müqavilə imzalayacağı təqdirdə, ilinə 24 milyon funt sterlinq qazanacağı bildirilib.

Qeyd edək ki, "MY" tarixinin ən bahalı transferi Pol Poqbadır. Klub 2016-cı ildə onun transferi üçün "Yuventus"a 89 milyon funt sterlinq ödəyib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right