"Kəpəz"in legioneri nə vaxt sıraya dönəcək?

8-ci turda “Zirə” ilə oyunda (0:3) sıradan çıxan Samba Diallo müalicəsini davam etdirir.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi fərdi şəkildə məşq edir.

Malili oyunçunun sabah təkrar müayinədən keçdikdən sonra komandaya nə vaxt qoşulacağı bilinəcək. Amma buna baxmayaraq, Diallonun növbəti turda “Qarabağ”la oyunda iştirak etmək ehtimalları çoxdu. 

Qeyd edək ki, “Kəpəz”  - “Qarabağ” matçı noyabrın 5-də, Gəncə şəhər stadionunda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right