Rauf Əliyevin Albaniyada ilk qolu

Albaniya çempionatında 5-ci turun oyunları keçirilir. 
 

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Rauf Əliyevin çıxış etdiyi  “Kukesi” səfərdə “Luşnya” ilə qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qollardan birini Rauf Əliyev vurub. Təcrübəli forvard 60-cı dəqiqədə fərqlənərək, Albaniya çempionatında qol hesabını açıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right