Almaniya və İngiltərə DÇ-2018-də! Yenilənib

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə IX tura start veriləcək. 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə C, E və F qruplarında yer alan kollektilər üz-üzə gələcəklər.
 
Azərbaycan yığması cari tsikldə son ev oyununu Çexiya millisinə qarşı keçirəcəyi halda, C qrupunun lideri olan Almaniya komandası Şimali İrlandiyada qələbə seriyasını davam etdirməyə çalışacaq. Norveçliləri isə autsayder San Marino kollektivi ilə duel gözləyir.
 
E qrupunun mərkəzi görüşü Monteneqroda olacaq. Bu ölkənin yığması özü ilə eyni 16 xala malik Danimarka millisini qəbul edəcək. F qrupunda baş tutacaq Şotlandiya – Slovakiya oyunu da gərgin mübarizə vəd edir.

 DÇ-2018, seçmə mərhələ


IX tur

5 oktyabr

 

C qrupu

20:00. Azərbaycan – Çexiya - 1:2 
Qollar: Əfran İsmayılov, 55-penalti ilə - Yan Kopits, 35. Antonin Barak, 66
 

22:45. Şimali İrlandiya – Almaniya - 1:3

Qollar: Coş Magennis, 90+3 - Sebastyan Rudi, 2. Sandro Vaqner, 21. Coşua Kimmix, 86
 
22:45. San Marino - Norveç - 0:8
Qollar: Markus Henriksen, 8. Coşua Kinq, 15-penalti ilə; 17. Mohamed Elyunussi, 40; 48; 69. Ole Selnes, 59. Martin Linnes, 87 
 

Xal durumu: Almaniya - 27, Şimali İrlandiya - 19, Çexiya - 12, Norveç - 10, Azərbaycan - 10, San Marino - 0.

E qrupu    

20:00. Ermənistan – Polşa - 1:6
Qollar: Hovannes Hambartsumyan, 39 - Kamil Qrositski, 2. Robert Levandovski, 18; 25; 64. Yakub Blaşikovski, 58. Rafal Volski, 89  
 

22:45. Monteneqro - Danimarka - 0:1

Qol: Kristian Eriksen, 16 
 
22:45. Rumıniya - Qazaxıstan - 3:1
Qollar: Kristian Budesku, 33; 38-penalti ilə. Klaudiu Keşerü, 73 - Baurjan Turısbek, 82 
 
Xal durumu: Polşa - 22, Danimarka - 19, Monteneqro - 16, Rumıniya - 12, Ermənistan - 6, Qazaxıstan - 2.


F qrupu

22:45. İngiltərə - Sloveniya - 1:0
Qol: Harri Keyn, 90+4 
 
22:45. Şotlandiya – Slovakiya - 1:0
Qol: Kris Martin, 89 
 
22:45. Malta - Litva - 1:1
Qollar: Andrey Agius, 23 - Vikintas Slivka, 53
 
Xal durumu: İngiltərə - 23, Şotlandiya - 17, Slovakiya - 15, Sloveniya - 14, Litva - 6, Malta - 1.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right