"Bavariya"da baş məşqçi vəzifəsinə yeni namizəd

"Bavariya"da yeni baş məşqçi vəzifəsinə daha bir namizəd müəyyənləşib.

Newsport.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu, hollandiyalı məşqçi Lui van Qaldır. Onun danışıqlara başlanıldığı bildirilib.

Van Qal son olaraq "Mançester Yunayted"i çalışdırıb.

Xatırladaq ki, van Qal 2009-2011-ci illərdə "Bavariya"da baş məşqçilik edib.

Qeyd edək ki, Münhen klubu ötən ay Karlo Ançelottini istefaya göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right