Azarkeşlər millimizin üzvünə hücum etdilər

Milli komandamızın üzvü və "Bursaspor"un hücumçusu Dəniz Yılmaz Türkiyədə azarkeş hücumuna məruz qalıb.

Newsport.az-ın məlumatına görə,  Super Liqanın son turunda "Kayserispor"la matçda Pablo Martin Batalyanın əvəzinə meydana Dəniz Yılmazın çıxması və heç nə ilə yadda qalmaması "yaşıl timsahlar"ın azarkeşləri hiddətləndirib. 10 nömrə mövqeyində Kristobal Xorqera və Furkan Soyalp kimi oyunçuların ehtiyatda qalmasına görə Bursa təmsilçisinin baş məşqçisi Pol Le Quen də azarkeşlərin tənqidi ilə üzləşib.

"Kayserispor"la matçda 90 dəqiqə ərzində meydanda varlığı ilə yoxluğu bilinməyən Dəniz Yılmaza isə Kayseri hava limanında "Bursaspor"un bir neçə azarkeşi hücum edib. Klub rəsmiləri onun üzərinə şığıyan fanatları sakitləşdirə bilib və olayın böyüməsinə imkan verməyiblər.

Xatırladaq ki, Dəniz bu mövsüm Super Liqada 4 oyun keçirib və qol vurmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right