Rauf oynadı, komandası liderliyi əldən verdi

Albaniya Super Liqasında IV tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, millimizin oyunçusu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Skenderbeu” ilə qarşılaşıb. Bu oyuna qədər aktivində 7 xal olan komandaların görüşü liderin müəyyən olunması baxımından əhəmiyyətli idi. Matç qonaqların 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Oyuna start heyətində başlayan Rauf 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu qələbə ilə “Skenderbeu” xalını 10-a yüksəldib və vahid lider olub. “Kukesi” isə 7 xalla ikinci pillədə qalıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right