UEFA Bəhram Bağırzadə ilə bağlı səhvi düzəltdi

Çempionlar Liqasının qrup mərhələsinin məşhur azarkeşlərini açıqlayan UEFA siyahıda düzəliş edib.

Newsport.az xəbər verir ki, bütün klubların ən məşhur azarkeşlərini açıqlayan qitə futbol qurumu  “Qarabağ”ın azarkeşi kimi aktyor Bəhram Bağırzadəni göstərmişdi.

Bu seçim azərbaycanlı azarkeşlər tərəfindən etirazla qarşılanmışdı. “Neftçi”yə azarkeşlik etməsi ilə diqqət çəkən Bağırzadə ciddi şəkildə müzakirə mövzusuna çevirilmişdi. 

Lakin UEFA bu siyahıda dəyişiklik edib. Onlar Bəhram Bağırzadənin adı siyahıdan çıxarılıb. Maraqlıdır ki, həmçinin yazıdakı “Qarabağ”la bağlı hissə çıxarılıb. 

Məşhur fanatlar arasında Şahzadə Albert, Kral VI Filip, Sergey Lavrov Madonna, Monika Beluççi, Luçano Pavarotti  yer alır.
 
Onların arasında idman adamlarından Useyn Bolt, Roje Federer, Kobi Brayant, Erik Kantona, Sergey Bubka, Rafael Nadal da var. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right