Araz Abdullayevin komandası liderliyini qorudu

Futbol üzrə Kipr çempionatında 5-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Doxa Katokopiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.

Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

Geridə qalan turlarda 13 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right