Zidan: "Çempionatın başa çatdığını düşünən insanlar var"

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) baş məşqçisi Zinəddin Zidan ötən turda “Betis” qarşı oyunda 1:0 məğlub olmaları haqqında açıqlamalar verib.

Newsport.az-ın məlumatına görə, lider “Barselona” ilə aralarında 7 xal fərqin olması bağlı danışan təcrübəli mütəxəssis:
“Çempionatın başa çatdığını düşünən insanlar var, lakin biz elə fikirləşmirik. Mövsüm çox uzundu və biz zirvə yarışında olacağıq”.

Qol vurmaq barəsində çətinlik çəkmələri ilə əlaqədar fikirlərini bildirən fransız çalışdırıcı: “Nəyə görə qol vura bilmədiyimiz barəsində bir açıqlamam yoxdu. Bunun üçün narahat deyiləm. İşimizi analiz etməli və oyunumuzu inkişaf etdirməliyik. Hələ də iştirak etdiyimiz hər bir turnirdə şansımız var. Şansımız qalmasaydı, narahat olardım”.

“Betis”lə oyundan sonra Serxio Ramosun “Barselona”ya penaltilər verilir, lakin bizə penaltilərin verilməməsi məni təəccübləndirir” açıqlaması ilə bağlı da danışan Zinəddin Zidan: “Bu haqda heç nə demək istəmirəm. Hakimlərlə bağlı heç vaxt danışmamışam və danışmayacağam da”.

“Kral klubu”nun baş məşqçisi “Betis”lə oyunu 3 dəfə izlədiyini və oyun ərzində 27 dəfə qapıya zərbə endirdiklərini xatırladaraq pis çıxış etmədiklərini vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right