UEFA Millətlər Liqasının formatı təsdiqləndi

UEFA 2018-ci ildə ilk dəfə keçiriləcək Millətlər Liqasının formatını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 2018-ci ilin sentyabrın 6-da start veriləcək turnirin loqosu da təqdim edilib.

Yarışda UEFA-ya daxil olan 55 ölkənin hamısı iştirak edəcək. Yığmalar 2017-ci ilin oktyabrında açıqlanacaq reytinq cədvəlinə uyğun olaraq A, B, C, D liqalarına bölünəcək.

A və B liqalarında 12, C liqasında 15, D liqasında isə 16 milli yarışacaq. A, B və D liqalarında hər qrupda 4, C liqasında bir qupda 3 komanda yer alacaq.

AÇ-2020-yə vəsiqələrlə bağlı qərar verilib. Turnirə 20 vəsiqənin sahibi seçmə mərhələdə məlum olacaq.

2019-cu ilin martında AÇ-2020-nin seçmə mərhələ oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yerə sahib olanlar Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AÇ-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right