“Karyeramla bağlı dəyişiklik etmək üçün “Qəbələ”dən ayrıldım”

“Qəbələ”nin sabiq oyunçusu Rikardinyonun hazırda İngiltərənin “Oksford Yunayted” klubunda çıxış etdiyi barədə xəbər vermişdik. 

Newsport.az-ın məlumatına görəyeni komandasında artıq beş oyun keçirən braziliyalı müdafiəçi dsport.az saytına açıqlamasında İngiltərədəki çıxışından danışıb. O, “Qəbələ”ni də yaxından izlədiyini bildirib: 

“Qəbələ”də çox yaxşı oyunlar keçirdim. Avrokuboklarda da pis oynamadıq. Hətta ardıcıl iki il “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynadıq. Bunun özü həm klub, həm də Azərbaycan üçün uğurlu nəticə idi. Sadəcə, karyeramda dəyişiklik etmək istədim. Gələn təklifləri götür-qoy etdim və “Oksford”la anlaşamağa qərar verdim. Burada işlərim pis getmir, bütün oyunlarda oynayıram. Sadəcə, hələ ki, istədiyimiz nəticələri qazana bilmirik. Zamanla həmin nəticələri də qazanacağımıza inanıram. “Qəbələ”nin çıxışını indi də izləyirəm. Çox istəyirəm ki, komanda çoxdandı istədiyi çempionluğu qazansın”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right