Ueyn Runi islah işlərinə məhkum edilib

"Everton"un futbolçusu Ueyn Runi sərxoş halda avtomobil idarə etdiyinə görə cəzalandırılıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu sürücülük vəsiqəsindən məhrum edilib.

Runi iki il müddətində avtomobil idarə edə bilməyəcək. Bu cəza 14 həftəyə qədər endirilə bilər. Bunun üçün Runi 2019-cu ilin fevral ayına qədər sürücülük kurslarına qatılmalıdı.

"Mançester Yunayted"in sabiq üzvü bundan başqa 100 saatlıq islah işlərinə məhkum edilib. 

İslah işləri məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə ölkənin qanunvericiliyinə uyğun olaraq müəyyən məbləğdə pul tutulur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right