"Bavariya"nın futbolçusu "Real"da oynamaq istəyir

Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın hücumçusu Robert Levandovski klubdan ayrılmaq istəyir.

Newsport.az-ın məlumatına görə, polşalı futbolçu “Real”da (Madrid) oynamaq istəyir və bu barədə menecerlərinə məlumat verib.

Bildirilir ki, 29 yaşlı oyunçu artıq Bundesliqadakı rəqabətdən sıxılıb və Münhen təmsilçisindən ayrılmaq istəyir. “Real”ın isə Levandovskini transfer etməyə müsbət yanaşmadığı və “Leytspiq”in şərəfini qruyan 21 yaşlı Timo Verner ilə maraqlandığı qeyd edilir.

Xatırladaq ki, “Bavariya”yla 2021-ci ilə qədər müqaviləsi olan Robert Levandovski cari mövsümdə 6 oyuna 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right