"Real"da ciddi itki

Madridin "Real" klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının ilk turunun APOEL-lə oyununun ikinci hissəsində zədələnərək matçı yarımçıq tərk edən xorvatiyalı futbolçunun xəsarəti ağırdı. İspaniya mətbuatının yaydığı xəbərə görə, yarımmüdafiəçinin sağ ayaq vətərləri zorlanıb. Bu səbəbdən o, qarşıadkı 2 ay yaşıl meydanlardan kənarda qalacaq. Xoşbəxtlikdən vətərlər qırılmadığı üçün əməliyyata gərək qalmayıb.

Qeyd edək ki, "kral klubu"nun digər üzvü Kərim Benzema da dizindəki zədə səbəbindən 4-6 həftəlik sıradan çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right