Dembele transferi haqda danışdı: "Bəlkə də davranışlarım etik deyildi"

"Barselona"nın yeni transferi Usman Dembele Kataloniya klubuna keçidi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı forvard transfer dönəmi zamanı baş verənləri anladıb. Fransa millisinin üzvü "Barselona"nın onu istədiyini bildikdən sonra "Borussiya"dan ayrılmaq üçün hər şey etdiyini deyib:

"Səbrli olmağın lazım olduğunu bilirdim. Öncə məşqlərə çıxmaqdan imtina etdim. Daha sonra rəhbərliyə ayrılmaq tələbimi bildirdim. Bəlkə də davranışlarım etik deyildi. Ancaq sonradan peşman olmamağa görə, "Barselona"ya getmək üçün hər şey etməli idim".

Qeyd edək ki, Dembele "Borussiya"dan "Barselona"ya transfer olmaqla (105 milyon avro + bonuslar) Neymardan sonra futbol tarxininin ən bahalı ikinci oyunçusu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right