"Marca" "Qarabağ"la bağlı səhvi düzəltdi FOTO

İspaniyanın məşhur "Marca" qəzeti "Qarabağ"ı Qondarma Dağlıq Qarabağ Respublikasının ərazisi kimi təqdim etmişdi. 
 

Newsport.az-ın məlumatına görə, nəşr səhvini anlayaraq mətndə dəyişiklik edib.

 

Image may contain: 1 person, smiling, text


Xatırladaq ki, “Marca” separatçı bölgələri təmsil edən komandalar barədə yazı hazırlamışdı. Burda Azərbaycandan da bəhs edilib.
 
Belə ki, son illərdə ölkəmizi avrokuboklarda uğurla təmsil edən Ağdam komandası Dağlıq Qarabağda ermənilərin yaratdığı qondarma respublikanın komandası kimi təqdim edilib.
 
Yazının həmin hissəsində belə qeyd edilib: “Hazırda Moldova və Azərbaycan hökumətləri ölkəyə tabe olmayan ərazilərlə mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağla bağlı belə problemlə üzləşib. Maraqlıdı ki, hər iki bölgənin komandası tabe olmadıqları ölkənin çempionatında çıxış edirlər. “Şerif” Moldova çempionatının son 6 mövsümünün 5-də çempion olub. “Qarabağ” da son Azərbaycan çempionudu”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right