"Barselona"da ciddi itki

"Barselona" ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, komandanın hücumçusu Luis Suares sıradan çıxıb. Uruqvaylı forvard İspaniya Super Kubokunun cavab qarşılaşmasında "Real"la səfər matçında zədə alıb. Ulduz futbolçu bu səbəbdən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

30 yaşlı oyunçu La Liqada "Real Betis", "Alaves" və "Deportivo" matçları ilə yanaşı, Uruqvayın Argentina və Paraqvaya qarşı keçirəcəyi oyunlarda çıxış etməyəcək. Suares Kataloniya klubunun ÇL-dəki ilk oyununu da buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right