"Kopenhagen"in futbolçusu: "Bu, bizim üçün kədərli hadisədir"

“Kopenhagen”in və Danimarka millisinin futbolçusu Nikolay Boylesen ölkəsinin mətbuatıça açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri görüş barədə danışıb. Boylesen müdafiə xəttində diqqətli olmağın vacib olduğunu bildirib:

“İlk oyunu səfərdə keçirəcəyik. Sərfəli nəticə ilə geri qayıtmaq lazımdır. Bunun üçün müdafiə xəttində çox etibarlı oyun sərgiləməliyik. Əlbəttə, Erik Yohanssonun sıradan çıxması bizim üçün kədərli bir hadisədir. Ancaq onun yoxluğunu unutdurmağa və yaxşı nəticə qazanamağa çalışacağıq”.

Danimarkalı oyunçu ÇL-nin qrupunu hədəflədiklərini dilə gətirib:

“Səfər oyunu ağır olacaq. Burada sərfəli nəticə qazanmaq mütləqdir. Məqsədimiz ÇL-nin qrup mərhələsinə vəsiqə əldə etməkdir. Bu, bizim üçün çox vacibdir. Daxili çempionatda son oyunlarda büdrədik. Amma son qarşılaşmada heç də pis təsir bağışlamadıq. Ümid edirəm ki, bu matça yaxşı köklənməyi bacaracağıq”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right