"Qarabağ"ın oyununa biletlərin bir qismi sabah satışa çıxarılacaq

"Qarabağ" və Danimarka "Kopenhagen"i arasında keçiriləcək futbol üzrə Çempionlar Liqasının ilk “pley-off” matçı üçün nəzərdə tutulmuş 1 manatlıq biletlərin satışı növbəli şəkildə davam etdiriləcək.
Newsport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda satışa çıxarılmayan 5 və 25-ci sektorların biletləri oyun günü - avqustun 15-də saat 17:00-dan etibarən əldə etmək mümkün olacaq. Bunun da səbəbi biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaqdır.
Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" qarşılaşması saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right